Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

Putin ABŞ koalisiyası ilə əməkdaşlığı davam etdirəcək


Francois Hollande (solda) və Vladimir Putin Kreml danışıqlarında
Francois Hollande (solda) və Vladimir Putin Kreml danışıqlarında

Rusiya Suriyada İslam Dövləti qruplaşmasına qarşı mübarizədə Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.

Rusiya Suriyada İslam Dövləti qruplaşmasına qarşı mübarizədə Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.

Bununla yanaşı prezident Putin bəyan edib ki, Türkiyənin Rusiya təyyarəsini vurması kimi insident bir daha təkrar olunarsa, bu əməkdaşlıq təhlükə ilə üzləşə bilər.

Kremldə Fransa prezidenti Francois Hollande-la danışıqların ardınca çıxış edən Putin Türkiyəni bir daha tənqid edib və Su-24-ün vurulmasını “dost bildiyimiz ölkənin arxadan zərbəsi” adlandırıb.

Vladimir Putin deyib ki, Rusiya Fransa hərbiyyəsi ilə əməkdaşlığını gücləndirəcək və Parislə kəşfiyyat informasiyalarının mübadiləsini həyata keçirəcək.

Bir daha təkrar olunmamalıdır

“Biz ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə əməkdaşlıq etməyə hazırıq. Lakin əlbəttə, təyyarəmizin vurulması və hərbi qulluqçularımızın öldürülməsi kimi insidentlər yolverilməzdir” – deyib Rusiya prezidenti.

Biz ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə əməkdaşlıq etməyə hazırıq. Lakin əlbəttə, təyyarəmizin vurulması kimi insidentlər yolverilməzdir

Putin deyib ki, Fransa prezidenti ilə hava zərbələrinə tutulan ərazilərin müəyyən edilməsi barədə danışqılar aparıb.

Prezident Putin bildirib ki, belə bir koordinasiya eyni işin təkrar edilməməsi və terrorla həqiqətən də mübarizə aparan qrupların vurulmaması üçün mühümdür.

Rusiya prezidenti deyib ki, Moskva Suriyadakı əməliyyatları barədə Vaşiqntonla məlumat mübadiləsi edir və Türkiyə tərəfindən vurulmuş təyyarə barədə də məlumatlar əvvəlcədən ABŞ-a ötürülmüşdü.

O Türkiyənin guya Rusiya təyyarəsini tanımadığı barədə iddialarını rədd edib.

XS
SM
MD
LG