Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:37

Rusiya mediası: polisin və ailəsinin qətlinə görə “azərbaycanlılar həbs edilib”


Xəbərlərdə deyilir ki, həbs edilənlər Rusiya DİN Samara vilayəti baş polis idarəsinin rəis müavini Andrey Qoşt və onun ailə üzvlərini öldürdüklərini etiraf ediblər.

Rusiya mediasının yaydığı xəbərlərə görə Rusiyada Sızran şəhərinin yaxınlığında, polisi və onun ailə üzvlərini qırmaqda şübhəli bilinən 3 nəfər həbs edilib. Dördüncü şübhəlinin qaçıb gizləndiyi bildirilir.

Rusiyanın rəsmi TASS xəbər agentliyi Rossiya 24 televiziya kanalına istinadən xəbər verir ki, həbs edilənlər – Roman Fətəliyev, İslam Babayev və Orxan Zöhrabov Azərbaycan Respublikasının vətəndaşlarıdırlar.

Bəzi xəbər mənbələri həbs edilənlərin əslən Azərbaycandan olduqlarını, bəziləri isə Azərbaycan vətandaşı olduqlarını bildirir.

Həbs edilənlərin “Mərkəzi Asiya respublikalarının birindən” olduğunu xəbər verən mənbələr də var.

Nəhayət, bu qeyri-müəyyənliyə "Komsomolskaya Pravda" aydınlıq gətirməyə çalışır və Sızran prokuroru Yevgeni İrxə istinadən yazır ki, sözü gedən şəxslər Azərbaycan əsillidirlər. Saytda prokurorla söhbətin videosu yerləşdirilib.

Xəbərlərdə deyilir ki, həbs edilənlər Rusiya DİN Samara vilayəti baş polis idarəsinin rəis müavini Andrey Qoşt və onun ailə üzvlərini öldürdüklərini etiraf ediblər.

Rusiya dövlət telekanallarının müxbirləri həbs olunanlarla təcridxanada görüşə biliblər. Onların cinayəti etiraf etdikləri videosüjetlərdə görüntülənib.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirmişdi ki, cinayət-axtarış işi qarət versiyası üzrə aparılır.

İndi bu versiyanın doğrulduğu qeyd olunur.

“Qorxudan hamını öldürməli olduq...”

Adı “Maxmadali Axmadov” kimi təqdim olunan dördüncü şübhəlinın axtarışı davam etdirilir. Həbs edilənlər dəstə başçısının məhz o olduğunu bildiriblər.

Rossiya 24 telekanalının verdiyi məlumata görə Axmadov Samara vilayətindən çıxaraq xaricə qaça bilib. Televiziya görüntülərindən onun Tacikistandan olduğu anlaşılır.

"Evə qarət üçün girmişdik, belə çıxdı ki, öldürməli olduq, - deyib Fətəliyev, - Elə bilirdik ki, evdə cəmi iki nəfər var, amma əslində orada daha çox adam varmış. Qorxudan hamını öldürməli olduq”.

Telekanalın verdiyi məlumata görə qarətçilər özləri ilə 906 rubl pul, bank kartları, mobil telefonlar və Qoştun xidməti vəsiqəsini aparıblar.

Fətəliyev deyib ki, basqının əsl məqsədi qarət olub.

Bircə uşaq sağ qalıb

Müstəntiqlər bildirirlər ki, Roman Fətəliyev və İslam Babayev polis zabitinin evinə basqında birbaşa iştirak ediblər.

Zöhrabov deyib ki, o qapıda gözləyib.

Rusiya mediası xatırladır ki, aprelin 24-də Sızran rayonunun İvaşevka kəndindəki bir evdə zorakılıqla öldürülmüş altı nəfərin cəsədi tapılmışdı.

Ölənlərin Rusiya DİN Samara baş idarəsi rəisinin müavini və onun qohumlarının olduğu müəyyənləşdirilmişdi. Bunlar polis zabitinin valideynləri, arvadı, qardaşı arvadı, onun qızıdır.

Bu hücumdan yalnız 2009-cu il təvəllüdlü qız uşağının sağ çıxdığı xəbər verilib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

Həbslər aprelin 30-dan mayın 1-ə keçən gecə həyata keçirilib.

Şübhəlilərdən ikisinin yaşadıqları mənzillərdə həbs olunduqları xəbər verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG