Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:51

Rəsulzadənin nəvəsi ağladı: "Olub və olacaq"


Rais Rəsulzadə
Rais Rəsulzadə

►Rəis Rəsulzadə: "Ruhu burdadır! Rəsulzadənin bayrağı burdadır!

“Atam İranda hərbi xidmətdə olanda atası ilə görüşdürməyi təklif ediblər. Atam başa düşüb ki, bu, nəsə təxribatdır..."

“Mən Azərbaycan xalqını bu gözəl bayram – 28 may münasibətilə təbrik edirəm”, - Rəis Rəsuzladə söhbətin sonunda deyəcəkdi bunu.

Bu təbriki oxucularımıza çatdırmağımızı istəyəcəkdi. Amma bundan öncə Xalq Cümhuriyyətinin qurucularından biri, ona rəhbərlik edən, onun ideoloqu Məmməd Əmin Rəsulzadədən, ailəsinin keçdiyi yollardan danışacaqdı. 56 il sürgün yaşayan atasının əzablarını xatırlayıb uşaq kimi ağlayacaqdı.

Bir neçə il öncə vəfat edən bibisiqızı Firuzə Məmmədovanın başına gələnləri bölüşməkdə əziyyət çəkəcək, mövzunu yarıda kəsib bircə cümlə ilə kifayətlənəcəkdi:

“O, hamıdan çox müsibət çəkib, qız uşağı təkbaşına keçib hər çətinlikdən...”

Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadə ilə söhbətəsə 28 maydan başladıq təbii ki...

Rəis Rəsulzadə: “Rəsulzadənin ruhu burdadır, qurduğu dövlət burdadır!”
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00
Direct-ə keçid

– Mən də Azərbaycan vətəndaşı kimi 28 mayla bağlı qürur hissi duyuram, bütün Azərbaycan xalqının keçirdiyi hissləri mən də keçirirəm. Amma bioloji varis olaraq, əlbəttə, daha çox qürurluyam. Ən əsası da Azərbaycanımız inkişaf edir, mürəkkəb yollardan keçir. Ən başlıcası odur ki, xalqımızın, ölkəmizin üstündəki düşmən kölgəsi yox olsun, müharibələr dayansın, şəhidlər verilməsin. Müharibəsiz ali məqsədlərimizə çataq. Bu, çətindir. Arzu edək ki, bunlar hamısı olsun, layiqli cəmiyyət quruculuğuna doğru irəliləyək. Əsas budur.

– Söhbətə başlamazdan öncə dediniz ki, “mən Rəsulzadənin təkcə bioloji yox, həm də mənəvi varisiyəm, onun mübarizəsindən, keçdiyi yoldan ilk xəbər tutanlardan biri də mənəm”. Nə vaxt öyrəndiniz babanızın kim olduğunu?

– 16-17 yaşım vardı. Uşaq vaxtı elə-belə haqqında nəsə eşidirdim. Ancaq tarixlə, kitablarla maraqlananda hər şey bəlli oldu. Atam ailə xatirələrindən danışırdı, belə qırıq-qırıq söhbət edirdi. Əsas tarixdən, kitablardan öyrəndim.

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

– Və nə düşündünüz?

– O vaxtlar bunu bildirmək olmurdu. Amma öz ailəmdə, yaxın dairədə başqa məsələ.

– Dediniz ki, atanız ailə xatirələrindən danışırdı, qırıq-qırıq da olsa. Siz nələri xatırlayırsız?

– Atamı incidən o oldu ki, nahaq yerə sürgün ediliblər, heç bir günahları olmadan... Ömürboyu da bunu dedi. Bircə dənə səbəb vardı ki, “siz Məhəmməd Əminin ailə üzvlərisiniz”, vəssalam. Atamın qardaşını - mənim əmimi 18 yaşında güllələyiblər ki, nə var, nə var, “sən Rəsulzadənin oğlusan”. Atamı da sürgün ediblər. Atam deyirdi ki, “mən uçmaq istəyən vaxt qanadlarımı kəsdilər”. Gəncliyini əlindən aldılar, bütün gələcəyini (ağlayır)... Onlar ağır xatirələrdir. Çox çətin olub... Sonradan atam Bakıya gələndə ona demişdilər ki, “Azər müəllim, siz sürgündə çox əziyyətlər çəkmisiniz. O da cavab vermişdi ki, “mən öyrəncəliyəm, elə bilirəm, elə də çox əziyyət çəkməmişəm...” Amma çox əziyyət çəkmişdi. O zaman tək o yox, hamı əziyyət çəkmişdi, Rəsulzadənin ailəsi isə xüsusi nəzarətdə idi, atama qarşı təxribatlar olmuşdu, onu öldürməyə yanına adam göndərilmişdi hətta. Rəsulzadə özü də əziyyət çəkmişdi... Babam rəhmətə gedəndə atamı çağırıb demişdilər ki, “atanız Ankarada vəfat edib”, 1955-ci il idi. Kommunizmin şiddətli vaxtları idi.

– Atanızın babanızla görüşmək arzusu olubmu?

– Əlbəttə, görüşmək istəyərdi. Yəni can da atırdı, sadəcə, maneələr vardı. Atam İranda hərbi xidmətdə olanda atası ilə görüşdürməyi təklif ediblər. Atam başa düşüb ki, bu, nəsə təxribatdır, səni – “xalq düşməninin oğlunu” birdən-birə konslagerdən əsgər göndərirlər, sonra da deyirlər ki, “filankəslə görüşməlisən”... Şübhələnmişdi. Bakıya da xəlvət gəlib gedirdi. Yollar açılandan sonra gəlib-gedirdi, amma yenə də ehtiyat edirdi, 56 il sürgündə olub.

– Ancaq birdəfəlik qayıtmadı Azərbaycana.

– Gəlib-gedirdi. Üç-dörd dəfə gəlib bura. Amma rəsmi surətdə köçmək istəyirdi Azərbaycana. Elə-belə gəlmək istəmirdi, istəyirdi öz evinə gəlsin. Burda üç evimiz ola-ola... Hara gəlsin? Elə-belə gəlmək olmurdu, mümkün deyildi.

– Qırılmamışdı Azərbaycandan?

– Yox. Orda Azərbaycanı yaşadan ən çox bizim ailəmizdi. Musiqisini, ədəbiyyatını, folklorunu...

– Ən böyük arzusu nəydi?

– Azərbaycana gəlmək, Azərbaycanda məskunlaşmaq. Bura üçün çox darıxırdı. Bizim milli hökumət bərqərar olandan sonra Azərbaycanın bağımsızlığını, azadlığını düşünürdü. O, sonuncu aylarını yaşayanda Gəncədə qiyam başlamışdı, 1993-cü il idi. Xəstə ola-ola hadisələri izləyirdi. Həmin günlərdə də rəhmətə getdi və onu burda dəfn etdik. Biləndə ki, vətəndə dəfn olunacaq sevinirdi, deyirdi ki, böyük xoşbəxtlikdi.

– İllərdir təkrarlanan o sual bir daha verilir: oğlu Azərbaycanda dəfn edilsə də, sizcə, niyə Rəsulzadənin nəşi hələ də Azərbaycana gətirilməyib?

– Rəsulzadənin ruhu burdadır... Ruhu burdadır! Rəsulzadənin bayrağı burdadır! Rəsulzadənin qurduğu dövlət burdadır. Rəsulzadə var, həmişə olub və olacaq!..

XS
SM
MD
LG