Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:28

QHT-lər üçün yeni qaydalar onlara nə vəd edir?


Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qaydalar hazırlayıb.

Yeni sənəd “Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları” adlanır. Sənəd QHT-lərin nizamnaməsi və bunun qanunvericiliyə uyğunluğunun hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Qaydalara görə, regional ədliyyə şöbələri daima QHT-lərin fəaliyyətini izləməli bə nəticələrlə bağlı ildə iki dəfə Qeydiyyat və notariat baş idarəsinə məlumat verməlidirlər.

Foto arxiv
Foto arxiv

QHT-lərin fəaliyyətinin öyrənilməsinə aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə ayrı-ayrı sahələr üzrə mütəxəssislər cəlb ediləcək.

İcra qurumu QHT-lərin bütün fəaliyyətini araşdıra bilər. Bu sahələrə fəaliyyətin nizamnaməyə uyğunluğu, qanunun tələblərinə riayət edilməsi, idarəetmə, icra və nəzarət orqanlarının yığıncaqları, üzvlərin reyestrinin aparılması daxildir. Bundan başqa gəlirlərinin təşkilatın məqsədlərinə yönəldilməsi, fəaliyyətdə şəffaflığın təmin edilməsi və dövlət reyestri üçün zəruri məlumatların vaxtında təqdim edilməsi də bura daxildir.

Həmçinin başqa reyestrdəki sənədlərin qanuna uyğunluğu, illik maliyyə hesabatlarının təqdim olunması, qrant və mühasibat uçotu haqqında qanunvericiliyə riayət edilməsi də araşdırıla bilər. Üstəlik maliyyə və təsərrüfat fəaliyyətinin qanuna uyğunluğu, qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət edilməsi də bura daxildir.

Yeni qaydalara əsasən QHT-lərin fəaliyyəti 30 gün ərzində öyrənilməlidir.

Amma ədliyyə orqanının icazəsi ilə bu müddət daha 30 gün uzadıla bilər. Hər ilin dekabrında yoxlanılacaq QHT-lərin siyahısı hazırlanacaq və araşdırma həmin siyahı üzrə aparılacaq. Yeni qaydalar ədliyyə qurumuna QHT-lərdən zəruri məlumatlar, sorğulara cavab vermək,onların surətini çıxarmaq və izahat almaq hüququ verir. Bu hüquqların yerinə yetirməsinə mane olmağa görə QHT-lər inzibati məsuliyyət daşıyacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG