Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:15

Qazax prezidentinin ağzından qaçırdığı söz


Dariqa Nazarbaeva və Nursultan Nazarbayev, 2015
Dariqa Nazarbaeva və Nursultan Nazarbayev, 2015

APARICININ NAZARBAYEVƏ QƏFİL SUALI

Nursultan Nazarbaevin «Qazaxıstanda qadın prezident» ifadəsi arxasında nə durur? Görünən odur ki, bədnam «tranzit mərhələsi» yeni mərhələyə qədəm qoyub. Və ona keçid Akordadan – qazax prezidentinin sarayından 3333 km aralıda, yerli və əcnəbi jurnalistlərin iştirakı ilə gerçəkləşdirilib. Söhbət təbii ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin mümkün varisindən gedir.

Nazarbayev varis məsələsinə toxunmağı elə də sevmir (bu haqda başqalarının pıçıldaşmasını isə yerli-dibli sevmir), bu haqda hər dəfə «məcbur qaldıqda» və ya «sözgəlişi» danışır. Əlbəttə, bu zaman nədənsə yaddan çıxarılır ki, dövlət başçısı birbaşa və gizli səsvermə yolu ilə seçilməli, namizəd əhali arasında tanınmış olmalıdır. Ancaq bizim öz yolumuz var. Son illər «bilən adamlar» prezidentin varis məsələsində qərarını qətiləşdirməsi ilə bağlı gizli informasiyanı dəfələrlə başqalarıyla da bölüşüblər.

Beləliklə, məşhur telejurnalist və siyasətçi Farid Zakariya Sankt-Peterburqdakı İqtisadi forumun plenar iclasında moderatorluq edərkən qəfildən başlıca mövzudan - «Yeni iqtisadi reallıq astanasında»n danışmaqdan yayınır. Və Qazaxıstanın dövlət başçısının fikriylə maraqlanır ki, o ölkəsini qadın prezidentin idarə etməsinin mümkünlüyü barədə nə düşünür.

Əlbəttə, maraqlıdır, bu sual haradan ortaya çıxdı. Buna cavab isə həm yerli, həm də əcnəbi KİV-lər tərəfindən kontekstdən çıxarılıb. Ancaq bu cür tədbirlərin formatını bilərək təxmin etmək olar ki, moderatoru əvvəlcədən bu məsələyə yönləndirmək adi praktikadır.

PUTİN DƏ «HAZIRLANMIŞ QADIN»LARI TANIYIRMIŞ

Bu bəyanatın harada və hansı şəraitdə səsləndirilməsinə də diqqət yetirmək gərəkdir. Bir yandan bu potensial xarici investorlara mesaj ola bilərdi ki, daxili siyasətdə hər şey qaydasında olacaq, yəni yatırımlarınıza görə narahatlığa ehtiyac yoxdur. O biri yandan ehtimallardan biri kimi unudulmamalıdır ki, Qazaxıstanın birinci prezidenti ikincinin namizədliyini Kremllə razılaşdırır.

Yeri gəlmişkən, həmin tədbirdə, Kremlin sahibi də iştirak edib. Nazarbayevin hökumətdə hazırlaşdırılmış qadınların olması haqda bəyanatı azmış kimi Putin onlardan bəziləri ilə tanış olduğunu da qeyd edib. Nursultan Abişeviç elə bu məqamda qazax mətbuatının yazdığı kimi desək «zarafat edib» ki, üç qız atası olaraq onun qadınlara xüsusi münasibəti var.

Biz prezidentin qızlarını saymayacağıq və «xüsusi münasibəti» haqqında da hələlik susacağıq (o həqiqətən də qadın orqanizminə güclü təsiri olan xarizma sahidibir). Sadəcə başqa sual verək: CNN aparıcısının yaratdığı situasiyada QR və RF dövlət başçılarının ağız-ağıza verərək eyni şeydən danışmasının sətiraltı mənası nədir? Bu rejissor quruluşu deyil ki?

DARİQA TOMRİS OBRAZINDA

Sözsüz, Qazaxıstanda qadının prezident olmasının mümkünlüyündən danışanda Dariqa Nazarbayeva nəzərdə tutulur, özü də bu tendensiya ötən əsrin sonlarından izlənilməkdədir. Yeri düşmüşkən, bir vaxtlar onun əri «komissar Kattani» (Dariqa belə çağırırdı onu) də varis rolunda sınaqdan keçirilmişid. Həmin zaman gücləndirilmiş şəkildə məşhur mediaholdinq yaradılmaqda idi, o Dariqa Nursultanovanın və indiki zamanda mərhum həyat yoldaşı Rahat Muxtaroviçin başlıca piarçısı idi. Bu təbliğata bir neçə ictimai xadim, mədəniyyət işçiləri, politoloq və jurnalistlər cəlb olunmuşdu. Bu cür gedişlərdən birində massagetlərin çariçası Tomiris haqqında əfsanə də dövriyyəyə buraxıldı və nəticədə Almatıda eyniadlı tamaşa səhnəyə qoyuldu. Bu günlərdə həmin quruluş ikinci nəfəs qazandı, hərçənd bu dəfə paytaxt teatrlarında deyil. İlyarım-iki ildə bir seçiciyə çevrilən qazax tamaşaçılarına çatdırıldı ki, şərq xalqını qadınının idarəetməsi çox da mümkün bir haldır.

Nursultan Abişeviç tələsmədən hərəkət edirdi. Əvvəla, hakimiyyətin ötürülməsi üçün daxildə münbit şərait yaradılmalı, eləcə də çoxvektorlu xarici siyasətdə prioritetlər düzgün müəyyənləşdirilməliydi. Buna görə də millətin öndəri haqda qanun qəbil edildi. O qanuna görə, birinci prezident «elbası» olur, daha sonra hakimiyyəti ikinciyə versə belə, hakimiyyətdəki mövqelərini qoruyub saxlayır. O cümlədən, varisinə məsləhətlər vermək hüququnu qoruyur.

Bu proses uzun zamandır davam edən keçid, «tranzit mərhələsidir». İndi isə onun yeni fazaya keçməsinə şahid oluruq. Bəllidir ki, Nursultan Abişeviçin planlarını bölüşmək kimi adəti yoxdur (xalqa ismarışlar xaric) və onun Piterdə dedikləri çətin ki, təsadüfən ağzından çıxıb. Xalqa yönəlik mesaj uğurla göndərilib, əhalinin müxtəlif kəsimləri (gələcək elektorat və eləcə də etiraz elektoratı) güclü şəkildə izlənməkdədir. «Varis» əməliyyatı üçün Akordada – prezident sarayında yeni sürprizlər hazırlanmaqdadır.

Qazaxıstan Respublikasında hökumətdə «elqızı»ndan, yəni Dariqa Nazarbayevadan savayı bircə qadın var. Və bir də dövlət katibi. Odur ki, seçim elə də böyük deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG