Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

Deputat: «Pilotsuz aparat sıravi vətəndaşda nə gəzir»


Fazil Mustafa
Fazil Mustafa

-

«Görünür, texnoloji avadanlıqlar və pilotsuz uçuş aparatları vasitəsi ilə şəxsi həyata müdaxilə riskləri yarandığından, Cinayət Məcəlləsinə belə bir dəyişikliyin edilməsi zərurəti yaranıb».

Deputat Fazil Mustafa pilotsuz uçuş aparatı ilə şəxsi həyata müdaxilənin cəzasının Cinayət Məcəlləsində ağırlaşdırılması ilə bağlı dəyişikliklər layihəsini AzadlıqRadiosuna belə dəyərləndirib.

Həmin layihə artıq komitə müzakirəsindən keçərək, parlamentin plenar iclasına tövsiyə edilib.

Deputatın fikrincə, burada söhbət təkcə şəxsi həyata müdaxilədən getmir. Bu məsələ daha geniş spektri əhatə edə bilər: «Burada kəşfiyyat halları da nəzərdə tutula bilər. Odur ki, bu, zamanın tələbi kimi də ortaya çıxır».

F.Mustafa dəyişikliklərdə belə cinayət əməllərinə görə vəzifəli şəxslərin məsuliyyət daşımasının xüsusi vurğulanmasına da toxunub: «Pilotsuz uçuş aparatı sıravi şəxsin əlində ola bilməz. Belə vasitələr konkret dövlət müəssisəsinin balansında və konkret vəzifəli şəxsin məsuliyyəti altında olur. Ya həmin şəxs bu avadanlıqdan özü şəxsi məqsədlər üçün istifadə edə bilər, ya da bunu kiməsə verə bilər. Odur ki, bu məsələdə konkretləşmə dəqiq ifadə edilir».

20-30 İL ƏVVƏL BUNA GÜLƏRDİLƏR...

Deputatın fikrincə, dəyişikliyin indiyə təsadüf etməsi indi texnoloji vasitələrlə şəxsi həyata müdaxilənin reallığa yaxın olması ilə bağlıdır: «Tutaq ki, 20-30 il əvvəl bu tipli cinayətlər barədə danışmaq gülüş doğurardı. Amma hazırda belə müdaxilə riskinin özü reallıqdır. Ona görə də, bu dəyişikliyin Cinayət Məcəlləsində indi yer almasına təbii baxmaq lazım gəlir».

Ötən il oktyabrın 17-də Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılanda və bir qədər sonra bu nazirlik ləğv ediləndə, baş verənlər cəmiyyətdə ən müxtəlif aspektdən dəyərləndirilmişdi. Hətta o vaxt bəzi qəzetlərdə yazılırdı ki, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi texniki imkanlardan yüksəkçinli dövlət məmurlarının qanunsuz dinlənməsində istifadə edib.

Keçmiş nazirin vurulması da əsasən bu amillə izah edilirdi. Həmin vaxt nazirliyin bir çox rəhbər şəxsi həbs edildi. Nazirliyin bazası əsasında isə iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

XS
SM
MD
LG