Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:30

Oljas Süleymenov Bakıda Fəxri doktor oldu


Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenov Bakıda
Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenov Bakıda

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında Bakıda səfərdə olan görkəmli Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovla elmi ictimaiyyətin görüşü olub.

AYB-nin yaydığı xəbərə görə, görüşdə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli institutun Elmi şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə Oljas Omaroviç Süleymanova Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində, ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə fəxri doktor elmi dərəcəsi verildiyini açıqlayıb.

«Fəxri doktor» diplomu və xüsusi hazırlanmış mantiya Oljas Süleymenova təqdim edilib.

Oljas Süleymenov səmimi qarşılandığına, göstərilən diqqət və qayğıya, «Fəxri doktor» elmi dərəcəsinə görə Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Mərasimdə qarşılıqlı xatirə hədiyyələri, kitablar təqdim edilib.

Tədbir boyu Oljas Süleymenovun həyat yolunu əks etdirən video və fotoslaydlar nümayiş etdirilib.

2016-cı ildə Oljas Süleymenovun 80 illik yubileyi qeyd olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG