Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:38

Qaraqan yeni hip-hop müzikli hazırlayıb


Gənc yazıçı və H.O.S.T. qrupunun solisti Qaraqan (Elxan Zeynallı) «Mənim Qaranlığım» adlı hip-hop müzikli hazırlayıb. Müzikl aprelin 3-də Azərbaycan Opera və Balet Teatrında nümayiş olunacaq. Müziklin süjeti insanın daxili aləminə həsr olunub.

H.O.S.T.- Production-ın baş meneceri Röyal Paşayev Media Mərkəzində keçirdiyi bu günkü mətbuat konfransında bildirib ki, konsertin ideyası qrupun hip-hop janrında məşhurluğu sayəsində yaranıb. Paşayev onu da deyib ki, biz hip-hopu Bakı küçələrindən opera teatrının səhnəsinə gətirməyə çalışmışıq.

Qaraqan is deyib ki, H.O.S.T. qrupu mövcud olduğu 4 il ərzində özünü Azərbaycanın ən yaxşı konsert qruplarından biri kimi tanıdıb. Bir növ müasir şəhərlərdə gənclərin ehtiyac duyduğu urban-mədəniyyət göstəricisinə çevrilib.

Müziklə gəlincə, konsert rep musiqisini tamamilə fərqli tərəfdən təqdim edəcək.«Rep musiqisi yalnız aqressiya deyil, ilk növbədə teatrda da dinlənilməsi mümkün olan musiqi və şeirlərdir».

Müziklin rejissoru da Qaraqandır. Müziklə Pantomima Teatrının aktyorları, xor, instrumentalçılar cəlb olunub. Tamaşada yenicə işıq üzü görmüş «YYS» kitabının müəllifləri Əli XəyyamOrxan Cuvarlının şeir və psixoloji dialoqları səslənəcək. Konsertdə Qaraqanın yeni «İşıq» albomu təqdim ediləcək.
XS
SM
MD
LG