Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Rusiya Poroshenko-nun “Roshen” şirkətinə qarşı işə xitam verdi


Rusiya müstəntiqləri Ukrayna prezidenti Petro Poroshenko-ya aid “Roshen” qənnadı şirkətinə qarşı cinayət işini dayandırıblar.

Vəkil Viloetta Volkova tvitter hesabından birldirib ki, “Roshen”in baş direktoruna bəraət haqqı verilib.

Volkovanın sözlərinə görə istintaq “cinayət tərkibinin olmaması” səbəbilə bağlanıb.

Eyni zamanda şirkətin bank hesabındakı 2, 5 milyard rublun üzərindən məhkəmə həbsi qaldırılıb.

Bundan bir gün əvvəl Petro Poroshenko bildirmişdi ki, Roshen Moskvanın sanksiyaları ilə bağlı iki ildir, faktiki olaraq Rusiya ərazisindəki bütün fəaliyyətini dayandırıb.

Poroshenko həmçinin bildirib kİ, Rusiya məxsusi olaraq “Roshen”ə qarşı verdiyi sanksiyanı hələlik ləğv etmətyib.

Ukrayna prezidenti bunu da əlavə etməyi lazım bildib ki, sözü gedən şirkət artıq ona aid deyil, beləki “Roshen”nin idarəsi Rothschild bankının trestinə verilib.

XS
SM
MD
LG