Qondarma Dağlıq Qarabağ rejimi əsirlikdə olan Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edib.
News.am saytının məlumatına görə qərardekabrın 19-da qəbul edilib.
Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev bu ilin iyulunda Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə həmin vaxt öldürülüb.
Onun meyiti Azərbaycan tərəfinə verilib və Bakıda dəfn edilib.