Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

AFHN yeni il bayramında yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib


Foto arxiv
Foto arxiv

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Nazirlik bildirib ki,Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi artdığından, vətəndaşlar bəzi təhlükəsizlik qaydalarını bilməlidir

Məlumatda deyilir ki, evlərdə və şənlik yerlərində bəzədilən yolkalar yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Ağacı bəzəyərkən yalnız standarta uyğun elektrik qurğu və cihazlarından istifadə edilməli, ağacın oyuncaqları tezalışan olmamalı, həmin otaqda atəşfəşanlıq edilməməlidir.

Bayram şənlikləri ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməli, otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı, məkanın iki çıxış qapısı olmalıdır.

XS
SM
MD
LG