Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:23

Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni binasının açılışını edib


Ilham Aliyev
Ilham Aliyev

Azərbaycan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı orda yaradılan şəraitlə tanış olub.

Binada akt, konfrans, iclas zalları, iki hissədən ibarət “qış bağı”, “Petroleum lounge”, kitabxana və xəzinə yerləşir.

Bütün otaqlar və zallar ən son texnoloji avadanlıqla təmin olunub. İ

kinci mərtəbədəki muzeydə Azərbaycanın neft tarixini, keçmiş prezident Heydər Əliyevin neft strategiyası, Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, investisiyalar və qazanılan uğurları əks etdirən stendlər var.

Binada informasiya texnologiyalarının işini təmin etmək məqsədilə ən müasir standartlara cavab verən “Data Center” yaradılıb.

Burada, həmçinin Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi fəaliyyət göstərir.

Yeni inzibati bina yaşıl bina standartlarına cavab verir. Burada alternativ enerjidən istifadə məqsədilə günəş panelləri quraşdırılıb.

XS
SM
MD
LG