Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:56

Məktəb şagirdi prezidenti təhqir etmə ittihamı ilə həbs olunub


-

Türkiyədə 16 yaşlı məktəb şagirdi prezident Erdoganı təhqir etmək ittihamı ilə həbs olunub. Adı M.E.A kimi göstərilən həmin oğlan Konya şəhərində çıxış edib və prezidenti, hakim partiyanı korrupsiyada ittiham edib.

Bundan sonra onu oxuduğu məktəbdə həbs ediblər.

Hazırda onu 4 ilədək həbs gözləyir.

Yeniyetmənin həbsi müxalifətin böyük etirazlarını doğurub. Baş nazir Ahmet Davutoğlu isə həbs barədə məhkəmə qərarını dəstəkləyib. O deyib ki, kimliyindən asılı olmayaraq hər kəs prezidentə hörmət göstərməlidir.

XS
SM
MD
LG