Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:57

Lavrov: «Ukraynanın NATO-ya qoşulmaq cəhdi Avropa üçün də təhlükədir»


Ukraynanın NATO-ya qoşulmaq cəhdləri təhlükəlidir, nəinki Ukrayna xalqı, həm də Avropa üçün təhlükəlidir. Bunu dekabrın 25-də dövlət televiziyası ilə çıxışında Rusiyanın xarici işlər naziri Lavrov deyib.

Lavrovun sözlərinə görə, Qərb Kiyevin NATO-ya qoşulmaq istəməsindən Rusiya ilə tam qarşıdurmaya getmək üçün istifadə edir.

Dekabrın 25-də xarici işlər nazirliyinin sözçüsü Lukashevich bildirdi ki, NATO-nun şərqə doğru genişlənməsinə Rusiya adekvat cavab verməli olacaq.

Dekabrın 23-də Ukrayna blokdan kənar statusunu ləğv etdi və NATO –ya qoşulmağı məqsəd qoydu.

XS
SM
MD
LG