Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Küfrə görə ölüm hökmü


Mavritaniya 1960-cı ildə müstəqil olandan bəri ilk dəfə olaraq küfrə görə ölüm hökmü çıxarıb.

Frans Pressin məlumatına görə, yaşı 30-dan az olan Mohamed Cheikh Ould Mohamed Mavritaniya saytlarından birində Məhəmməd peyğəmbərin gördüyü işlər haqda məqalə yazıb və orda qəbul olunmuş fikirlərə şübhəsini bildirib.

Yerli islam təşkilatlarının dediyinə görə, Mavritaniyada ilk dəfədir ki, İslam haqda tənqidi fikirlər səsləndirilib.

Məhkəmədə hakim müttəhimə deyib ki, o, Məhəmməd peyğəmbər haqda “yüngül fikirlər” söyləyib.

Onun özü isə bildirib ki, peyğəmbəri təhqir etmək kimi məqsədi olmayıb.

XS
SM
MD
LG