Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

Erdogan uşaqların sayını tənzimləməyi vətənə xəyanət hesab edir


Türkiyə prezidenti Erdogan deyib ki, ailədə uşaqların sayını tənzimləmək vətənə xəyanətin bir növüdür.

O, evlənən hər bir ailəni azı 3 uşaq sahibi olmağa çağırıb. O deyib ki, bununla Türkiyə əhalisinin artımını təmin etmək olar.

Erdoganın sözlərinə görə, Türkiyədə uzun illərlə uşaqların sayını tənzimləməklə satqınlıq ediblər. Uşaqların sayı həm iqtisadi, həm də mənəvi baxımdan vacibdir.

Radikal qəzetinin yazdığına görə, Erdogan bu sözləri kəbin kəsilərkən şahid qismində iştirak edərkən deyib.

XS
SM
MD
LG