Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:53

Ben Ali dövründə parlament sədri olan Essebsi Tunis prezidenti seçildi


Tunisin veteran siyasətçisi Beji Caid Essebsi Tunisinin prezidenti seçilib. O, səslərin 55 faizini toplayıb.

Onun rəqibi Marzouki 44 faiz səs toplayıb.

Tunis bu seçki ilə Zine El-Abidine Ben Ali prezidentlikdən devriləndən sonra demokratiyaya keçiddə son addımı atmış olur.

Essebsi Ərəb baharı adını alan inqilabla ölkədən qaçan prezidentBen Ali dövründə parlamentin sədri olub. O, özünü texnokrat sayır.

Onun Tunisə Mürcaiət partiyası Ərəb baharından sonra islamçı hökumət əleyhinə çıxmışdı.

XS
SM
MD
LG