Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:30

Meriya İslam Partiyasının mitinqinə «yox» dedi


Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti

-

«Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyiniz müraciətdə özünü ya qeydiyyatdan keçməyən bir partiyanın nümayəndələri kimi, ya da Azərbaycanın vətəndaşları kimi təqdim edirsiniz. Bu da anlaşılmazlıq yaradır».

Bu, İslam Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə mitinqə yer ayrılması ilə müraciətinə cavabdan bir hissədir.

İslam Partiyası meriyadan dekabrın 21-də «Məhsul Stadionunda» mitinq keçirməyə icazə verməsi üçün müraciət etmişdi.

Meriya mitinqin keçirilməsinə icazə verməyib.

İslam Partiyası sədrinin müavini Akif Heydərli AzadlıqRadiosuna deyib ki, meriyanın icazə verməməsinə gətirdiyi əsaslar tamamilə absurddur:

«Bir partiyanın nümayəndələri eyni zamanda Azərbaycan vətəndaşı ola bilməzlərmi? Digər bir yandan meriyanın müraciətə cavabında göstərilir ki, Bakı şəhər İcra Hakimiyyəti planlaşdırılan mitinqin keçirilməsini qadağan edir. Meriya hüquq-mühafizə orqanı, məhkəmə deyil, necə bir mitinqi qadağan edə bilər? Bütün bunlar İslam Partiyasını təxribata çəkən hallardır. Biz meriyanın bu qərarından müvafiq qurumlara müraciət edəcəyik».

İslam Partiyası siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirməyi planlaşdırırdı.

XS
SM
MD
LG