Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:18

Futbolçu 540 min avro cərimə olunub


Almaniya yığmasının oyunçusu Marco Reus sürücülkük vəsiqəsi olmadan maşın sürdüyünə görə 540 min avro cərimə olunub.

Bild qəzeti yazır ki, cərimənin miqdarı onun aylıq maaşının 3 mislində təyin olunub. Reusun aylıq maaşı 180 min avrodur.

Cəzanın belə sərt olması onun indiyədək ümumiyyətlə sürücülük vəsiqəsinin olmaması, onun maşını həmişə belə vəsiqə olmadan sürməsi ilə bağlıdır.

2011-2014-cü illərdə Reusun azı 6 dəfə maşını sürücülük vəsiqəsi olmadan sürməsi sübut olunub.

Reus deyib ki, o, ömürlük dərs aldı.

XS
SM
MD
LG