Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

Baykonurda işləyənlər rubla görə maaşlarının təxminn yarısını itirib


Foto arxiv
Foto arxiv

Rusiyanın Qazaxıstanda icarəyə götürdüyü Baykonur kosmodromunun işçiləri rublun düşməsinin onların həyat şəraitinə ciddi təsir göstərdiyini deyirlər.

Baykonur və ətraf kəndlərin bu kompleksdə işləyən sakinlərə maaş rubulla verilir.

Sakinlər deyir ki, indi aldıqları 10 min rublu dəyişəndə 30 min tenge edir.

Bir neçə ay əvvəl isə buna 50 min tenge ala bilirdilər.

Qərbin Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiya rublu demək olar ki, hər gün ABŞ dolları və Avroya nisbətdə düşür.

Dekabrın 15-də Moskva birjasında 1 dollar 58, 2, 1 avro isə 73.14 rubl olub ki, bu yeni rekord hədd sayılır.

XS
SM
MD
LG