Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:41

"Rusiya qırıcısının sərnişin təyyarəsi ilə az qala toqquşması" - yalandır


Rusiya Müdafiə Nazirliyi havadakı qırıcalarından birinin az qala sərnişin təyyarəsi ili toqquşması haqda iddiaları təkzib edir.

Nazirliyin sözçüsü Igor Konashenkov dekabrın 14-də bildirib ki, dekabrın 12-də Baltik dənizi üzərində doğrudan da rus hərbi təyyarəsi olub, amma sözügedən Skandinaviya Hava Yollarının (SAS) sərnişin təyyarəsinə 70 kilometrdən çox yaxınlaşmayıb.

SAS-ın sözçüsü Knut Morten Johansen də verdiyi açıqlamada iki təyyarə arasında təhlükəsizlik məsafəsinin qorunduğunu təsdiqləyib və əlavə edib ki, baş verən insidentin miqyasları çox şişirdilib.

İsveçin Müdafiə nazirliyi dekabrın 13-də bəyan eləmişdi ki, Kopenhagendən havaya qalxan SAS təyyarəsi az qala səmada Rusiya qırıcısı ilə toqquşubmuş, səbəbsə o olub ki, Rusiya əyyarəsi mülki radarlara yaxalanmamaq üçün siqnal ötürücülərini söndürübmüş.

XS
SM
MD
LG