Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:18

Bosniya-Serbiya müharibəsində kütləvi qətl və zorlamalarla bağlı yeni həbslər


Bosnia-Herzegovinada prokurorluq 15 etnik serbə cinayət işi açıb. Onlar Bosniya müharibəsi zamanı 150 müsəlman vətəndaşın ölümündə günahlandırılır.

Dekabrın 12-də prokurorluq yayımladığı bəyanatda bildirir ki, "Bu iddianamə Bosniyanın şimal-qərbindəki Prijedor regionunda açılan ən böyük cinayət işidir".

Prokurorluq bildirir ki, şübhəli şəxslər Zecovi kəndinə sistemli və geniş təşkil edilən hücumda iştirak etmişdirlər. Şübhəlilər qətl, işgəncə, zorlama, əmlakı talama və ziyanvurma, həmçinin başqa maddələrlə də ittiham olunurlar.

Həmin şübhəlilər ötən həftə həbs edilib. Vaxtilə yüzlərlə Zecovi sakinlərinin saxlanıldığı Tomasicadakı düşərgədə toplu məzarlıq aşkar edilmişdi.

Həmin toplu məzarlıq 1992-95-ci il müharibəsindən qalan ən böyük kütləvi məzarlıqdır.

XS
SM
MD
LG