Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

Əlayıf Həsənovun şikayətinə baxılır


Əlayıf Həsənov
Əlayıf Həsənov

-
Dekabrın 12-də Bakı Apellyasiya Məhkəməsində vəkil Əlayıf Həsənovun şikayəti üzrə proses başlayıb.

Bu haqda vəkilin özü məlumat verib.

Hazırlıq iclasında məhkəmə baxışı dekabrın 17-nə təyin olunub.

Əlayıf Həsənov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını müdafiə edir.

Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayıf Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Yasamal rayon Məhkəməsi Əlayıf Həsənovu təqsirli bilərək haqqında 240 saatlıq ictimai işlərə cəlb olunma qərarı çıxarmışdı.

Vəkil bu qərardan apellyasiya şikayəti vermişdi.

XS
SM
MD
LG