Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Ukrayna ilə Rusiya atəşkəsə əməl olunduğunu deyirlər


 President Petro
President Petro

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Ukraynanın şərqində müharibə son qoymaq üçün şansın hələ ki, itmədiyini bildirib və yeni sülh danışıqlarına çağırıb.

Lavroq qeyd edib ki, Ukraynada sülhə şans yaranıb və bu çətin olsa da atəşkəs rejimi bərqərar olub.

O bildirib ki, biz indi münaqişənin həlli ilə bağlı əlaqə qrupunun işini bərpa etməyin yolunu tapmalıyıq.

Ukrayna prezidenti Petro Poroshenko da bundan əvvəl ölkənin şərqində real atəşkəs olduğunu bildirib.

O qeyd edib ki, dekabrın 12-də ilk dəfədir ki, Ukrayna əsgərləri arasında itki və ya xəsarət alan olmayıb, bu çox vacibdir.

Ukrayna ordusu ilə rusiyapərəst yaraqlılar arasında əldə olunan yeni atəşkəs rejimi dekabrın 9-dan qüvvəyə minib.

XS
SM
MD
LG