Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:56

Neftin qiyməti bir barrel üçün 63 dollara düşdü


Neftin beynəlxalq bazarlardakı qiyməti bir barrel üçün 63,56 dollara enib. Beləliklə, neft qiymətləri son 5 ildə ən aşağı həddinə çatıb.

“The Financial Times” qəzeti yazır ki, bundan az əvvəl OPEC neft tələbatına aid proqnoz rəqəmlərini endirmişdi.

Qəzet yazır ki, neft qiymətlərinin dramatik enimi ExxonMobil, Chevron və Braziliyanın Petrobras kimi şirkətlərinin səhm qiymətlərini aşağı salıb.

Müşahidəçilər qeyd edirlər ki, bir çox neft şirkətləri yeni qiymətlərlə bağlı öz xərclərinə yenidən baxmaqdadırlar.

BP elan edib ki, qarşıdan gələn ildə minlərlə işçisini ixtisar etməli olacaq.

Bu arada ABŞ-ın ən iri neft və qaz şirkəti ConocoPhillips 2015-ci il üçün xərclərini 20 faiz azaldacağını elan edib.

Qəzet yazır ki, OPEC istehsalı ixtisar edəcəyi barədə heç bir siqnal vermir.

OPEC-in Limada keçirilən iclasından sonra Səudiyyə Ərəbistanın neft naziri Ali al-Naimi jurnalistlərin bu barədə sualına cavab verərkən deyib: “Mən istehsalı niyə azaltmalıyam? Bura bazardır və mən burda neft satıram. İstehsalı niyə azaldım?”

XS
SM
MD
LG