Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Ağ Ev ABŞ senatın terror işlərinin istintaqı ilə bağlı hesabatını alqışlayıb


Arxiv foto
Arxiv foto

ABŞ senatı terror işlərinin istintaqı ilə bağlı hesabat hazırlayıb. Hesabat şübhəli şəxslərin dindirilməsi zamanı Mərkəzi Kəşfiyyat idarəsinin istifadə etdiyi metodlara həsr olunub. Ağ ev dekabrın 9-da açıqlanacaq bəyanatı alqışlayıb..

Uzun müddətdir ki, təxirə salınan hesabatın dekabrın 9-da açıqlanacağı gözlənir. Hesabatda “Əl-Qaidə” terror təşkilatının üzvlərinin dindirilməsi zamanı istifadə olunan metodlar yer alıb. Dinləmə 11 sentyabr 2001-ci il terrorundan sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Avropa və Asiyada gizli obyektlərdə aparılıb.

Ağ Evin məlumatına görə, Obama administrasiyası hesabatın üzərində bir neçə ay işləməli olublar və ABŞ təşkilatlarına edilə biləcək yeni hücumların qarşısı alnması üçün müəyyən təhlükəsizlik ölçülərini nəzərə alıblar.

XS
SM
MD
LG