Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:35

Avropa Oyunlarına görə Bakıya 50 yeni avtobus gətirilib


Foto arxiv
Foto arxiv

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 yeni avtobus gətirilib.

APA-nın məlumatına görə, Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar bir neçə xüsusiyyətə malikdir.

“Avro-5” standartına cavab verən avtobuslar

sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir.

Avtobusun daxilində görüntülü və səsli kameralar var və sürücü xüsusi kabinə vasitəsilə sərnişinlərdən ayrılır.

24 sərnişin tutan avtobuslar kondisioner sistemi, habelə uşaqlar, qocalar və fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə bölünüb.

Hələlik avtobuslar 65 nömrəli marşrut üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edəcək.

Avtobusun xüsusi qara qutusu da var.

3 qapılı avtobusun qiyməti 150 min avrodur.

2015-ci ildə isə ölkəyə daha 150 avtobus gətiriləcək.

XS
SM
MD
LG