Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Vəkili Arif Yunusla görüşüb


Arif Yunus
Arif Yunus

“Arif Yunus yuxusuzluqda ciddi əziyyət çəkir. Oktyabrdan yuxu dərmanları qəbul edir. Son 10 gün olar aslılıq yaradan dərmanlar atır”.

Bu sözləri vəkil Xalid Bağırov AzadlıqRadiosuna deyib. O, dekabrın 8-də Arif Yunuslu ilə görüşüb. Görüşdə onunla son həbsləri və baş verən olayları müzakirə ediblər:

“O, Leylanın durumundan ciddi narahatdır. Onun səhhətindən, özəlliklə, qara paltolular barədə söhbətlərdən ciddi nigarançılıq keçirir. Məndən xahiş etdi ki, növbəti görüşdə Leylanın durumu, səhhəti haqda daha əfsəl məlumat öyrənim”.

Leyla Yunus noyabrın 27-də yazdığı məktubda axşam çağı kamerasına mülkigeyimlilərin girdiyini, ona qarşı nalayiq hərəkətlər edildiyini bildirir.

Leyla Yunus iyulun 30-da, Arif Yunus beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və bir sıra digər cinayətlərin törədilməsində ittiham olunurlar.

XS
SM
MD
LG