Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:43

Saatlıda brakonyerlər polisə atəş açıb


Saatlı rayonunun Azadkənd kəndində 2 nəfər yerli sakinlə polis əməkdaşı arasında insident yaşanıb. Hadisə dekabrın 6-da olub. Bu barədə AzadlıqRadiosuna Azadkənd kəndinin sakiləri bildirib. Onların dediyinə görə, Rizvan Səfərov və Cəmaləddin Səmədov kəndin yaxınlığındakı balıq vətəgəsində brakonyerlik edirmişlər.

Polisə yaxalanan brakonyerlər Su Nəqliyyatında Polis İdarəsinin Əziz adlı əməkdaşına tabesizlik göstəriblər və ona ov tüfəngindən atəş açıblar. Həmin şəxslər saxlanılıb.

Hadisənin baş verdiyini Su Nəqliyyatında Polis İdarəsinin rəsmisi Hakim Ağayev də təsdiqləyib: “Tutulanlar yerli polis şöbəsinə təhvil verilib. Hazırda araşdırma aparılır.”

XS
SM
MD
LG