Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:35

İran həbsdə saxlanan amerikalı müxbirə rəsmi ittiham irəli sürüb


Dörd aydır ki, İranda həbsdə saxlanan “Washington Post”un repartyoruna qarşı rəsmi ittiham irəli sürülüb.

ABŞ mətbuatı yazır ki, dekabrən 6-da Jason Rezaianın 10 saatlıq məhkəməsi olub.

“Washington Post” bildirir ki, əməkdaşları ittihamın səbəbin anlamasına dair sənəd də imzalayıb.

Lakin ittihamların əsasları hələ də aydın deyil.

Rezaianın həbs müddəti yanvara qədər uzadılıb. Jason Rezaian ona qarşı rəsmi ittiham irəli sürülmədən 4 ay həbsdə qalıb.

Rezaianın həm ABŞ, həm də İran pasportu var.

Rezaian və xanımı Yeganeh Salehi iyulun 22-də öz evlərində həbs olunmuşdu. Oktyabrda Salehi azad edilir.

İran hakimiyyəti onların niyə tutulmasının detallarını açıqlamır.

Nyu Yorkda qərarlaşan Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, İranda 35 jurnalist həbsdədir. İran həbsdə olan jurnalistlərin sayına görə, dünyada birinci 3 ölkə arasındadır.

XS
SM
MD
LG