Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Baş Prokurorluq jurnalist Xədicə İsmayılın həbsi barədə məlumat yayıb


Baş Prokurorluq
Baş Prokurorluq

-

Məlumatda deyilir ki, AzadlıqRadiosu və «Meydan TV» teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayev 2014-cü il oktyabrın 20-də zəhər qəbul edərək, özünü öldürmək istəyib. Bununla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb:

«Tural Mustafayev Baş Prokurorluğa müraciət edərək, AzadlıqRadiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş Xədicə İsmayıl tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi haqda məlumat verib. O, həmçinin mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar Xədicə İsmayıl barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib».

Məlumatda bu da bildirilir ki, Tural Mustafayev Xədicə İsmayılın təhdidlərinə məruz qalıb və vəziyyətdən çıxış yolu kimi 2014-cü il mayın 1-də kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asmağa cəhd edib:

Xədicə İsmayıl məhkəməyə aparılır
Xədicə İsmayıl məhkəməyə aparılır

«Aralarındakı münasibətin pisləşməsi ilə əlaqədar Xədicə İsmayıl T.Mustafayevin ləyaqətini mütəmadi olaraq alçaldıb, onu işdən çıxartdırıb. Xədicə İsmayıl həmçinin barısində rüsvayedici məlumatlar yaymaqla da T.Mustafayevi hədələyib. Əsaslı şübhələr olduğundan, Xədicə İsmayıl cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib».

Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.

Redaksiyadan: 2013-cü ildə Tural Mustafayev AzadlıqRadiosunun «Azadlıq Bölgələrdə» proqramını ilə Göyçaydan bir neçə ay ştatdankənar əməkdaşlıq edib. Bir müddət sonra o öz istəyi ilə fəaliyyətini dayandırıb.

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Nenad Pejic
Nenad Pejic

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

AzadlıqRadiosunun baş redaktoru: «Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır»

Azad Avropa/Azadlıq radioları korporasiyasının baş redaktoru Nenad Pejic Xədicə İsmayılın həbsi barədə açıqlama yayıb. Açıqlamada deyilir:

«Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir. Bu gün ona biabırçı ittihamlar irəli sürülüb. Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır».

XS
SM
MD
LG