Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

Kerry, Lavrov, Desir Dağlıq Qarabağ barədə birgə bəyanat verib


ATƏT-in Minsk qrupunun sədri olan ölkələr Dağlıq Qarabağ münqişəsi ilə bağlı birgə bəyanat veriblər. İsveçrənin Bazel şəhərində ABŞ Dövlət katibi John Kerry, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Harlem Desirin verdiyi birgə bəyanatda deyilir ki, həmsədr ölkələr “Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə sadiqdirlər, bu problemin hərbi yolla həlli yoxdur” və “biz tərəfləri zorakılıqdan şəkinməyə, münaqişənin davamlı həlli üçün çalışmağa çağırırıq”

12 noyabrda erməni qüvvələrinin təmas xəttində helikopterinin vurulması insidenti barədə bəyanatda deyilir ki, bu, “qaçıla bilən faciə idi”. Həmsədrlər tərəfləri gələcək insidentlərə imkan verməməyə çağırırlar.

Bəyanatda deyilir ki. Azərbaycan və Ermənistan prezidentlərinin “Paris görüşü tərəflər arasında komunikasiyanı canlandırdı”.

Bəyanatın sonunda deyilir ki, həmsədr ölkələr sülhə nail olmaq üçün tərəflərlə yaxından işləməyə hazırdırlar, ancaq “vurğulayırlar ki,münaqişəyə son qoymaq məsuliyyəti Azərbaycan və Ermənistan prezidentlərinin üzərindədir”.

XS
SM
MD
LG