Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:10

Yerüstü qatar: Tıxacların sonu...


Foto: Arxiv
Foto: Arxiv

-

«Dəmiryol nəqliyyatı Bakı ilə Sumqayıt arasında avtomobil sıxlığını aradan qaldıra, şəhərin şimal qapısında tıxaclara son qoya bilər».

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, mühəndis-iqtisadçı Aqil Əsədov AzərTAc-a bildirib ki, Bakıdan Xırdalana elektrik qatarı xəttinin çəkilməsi ilə yanaşı, metro xəttinin Sumqayıtadək uzadılması daha məntiqlidir.

«Beynəlxalq Avtovağzal-Xırdalan-Sumqayıt xətti üzrə yerüstü metro nəqliyyatı tıxacların aradan qaldırılmasına, sərnişin sıxlığının azaldılmasına müsbət təsir göstərərdi. Düzdür, bu layihə böyük maliyyə vəsaiti tələb edir. Ancaq paytaxtın gündən-günə inkişaf etməsi və şəhərə avtomobil axınının artması bu məsələni aktuallaşdırır».

Adil Əsədov deyir ki, qatarlarla sürətli və intensiv daşımalar təşkil olunarsa, insanlar şəxsi avtomobillərindən daha az istifadə edəcək. Bununla da tıxac problemi aradan qalxacaq.

XS
SM
MD
LG