Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

İran İD-yə hava zərbələri xəbərini təkzib edir


 F-4 Fantom
F-4 Fantom

İran rəsmisi İranın Suriyada İslam Dövləti yaraqlılarına hava zərbələri endirməsi xəbərini təkzib edir.

Bundan əvvəl Pentaqon bildirmişdi ki, İran hava zərbələri endirib. Pentaqonun sözçüsü Kirby dekabrın 2-də deyib ki,“Son günlər F-4 Fantom təyyarələri ilə onların bunu etməsinin əlamətləri var”.

Bundan dərhal sonra dekabrın 3-də İran rəsmisi Reuters agentiyinə ad çəkilmədən deyib ki, “İran İD yaraqlılarına heç vaxt hava zərbələri endirməyə cəlb olunmayıb”.

O əlavə edib ki, bu məsələdə ABŞ-la əməkdaşlıq məsələsi də istisna olunur.

XS
SM
MD
LG