Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:05

CNN: Obama müdafiə naziri vəzifəsinə Ashton Carteri irəli sürəcək


ABŞ prezidenti Barack Obama müdafiə naziri vəzifəsinə keçmiş Pentaqon rəsmisi Ashton Carteri irəli sürəcək. Bunu dekabrın 2-də CNN televiziyası bildirib.

Carter istefa vermiş keçmiş müdafiə naziri Chuck Hagelin yerini tutmağa ən real namizəd kimi nəzərdən keçirilir.

Carter 2010-2013-cü illərdə Pentaqonda ikinci şəxs olub.

Bundan əvvəl Pentaqonun silah təchizatının rəhbəri kimi çalışıb.

O, Bil Clintonun prezidentliyi dövründə müdafiə nazirinin müavini olub.

Carter Yale universitetindəfizika və orta əsrlər tarixi üzrə bakalavr, Oksford Universitetində nəzəri fizika üzrə doktorluq elmi dərəcəsi alıb.

XS
SM
MD
LG