Avropa Birliyinin Genişlənmə Komissarı Johannes Hahn deyib ki, Rusiya rublunun düşməyi sanskiyaların işləməyini göstərir.
O deyib:”Mənim fikrimcə, bu, sanksiyaların təsirinin sübutudur. Mən ümid edirəm ki, bu, Rusiyanın vəziyyəti normalaşdırmaq üçün birinci addımı atmasına kəmək edəcək”.
Dekabrın 1-də Moskvada rubl öz dəyərinin 8 faizini itirib.
1 avro 66,5 rubl, 1 dollar 53,29 rubl səviyyəsinə qalxıb.
Rubl il başlanandan öz dəyərinin 40 faizini itirib.
Rublun düşməsinə səbəb sanksiyalar və neftin qiymətinin düşməsidir.