Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:28

Aşqabadda kondisionerlərin sökülməsi etirazlara səbəb olub


Noyabrın 29-da paytaxt Aşqabadda etiraz aksiyası keçirilib.

Aksiyaçılar evlərinin pəncərələrindəki kondisonerlərin yığışdırılmasına etiraz edirlər. Onlar kondisionerləri çıxarmağa gələn kranların önünü kəsiblər. Bu, avqustdan bəri eyni səbəblə baş verən ikinci etiraz aksiyasıdır.

Şəhər rəsmiləri bu əmrlərinə hələ də tutarlı izahat verə bilməyiblər.

Daha öncə də Parahat-7 yaşayış massivinin sakinlərinə Baba Annanov küçəsinə baxan kondisionerləri çıxarmaları deyilmişdi.

Avqustun 23-də kranlar gələndə sakinlər onların qarşısını kəsmişdi Nəticədə fəhlələr və kranlar ərazini tərk etməli olmuşdular.

Sakinlər AzadlıqRadiosuna bildiriblər ki, rəsmilərə bu işi görməyə imkan verməyəcəklər.

XS
SM
MD
LG