Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:04

Polis Mubarak-ın bəraət almasına etiraz edənlərin aksiyasını dağıtdı


Misir - Mübarak-ın tərəfdarları onun bəraət almasını bayram edir
Misir - Mübarak-ın tərəfdarları onun bəraət almasını bayram edir


Noyabrın 29-dan Qahirənin Təhrir meydanında nümayişlər başlayıb.

Polis mindən çox nümayişçini dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarını işə salıb.

Qahirənin mərkəzi meydanına çıxan nümayişçilər Misirin sabiq prezidenti Hosni Mubarakin məhkəmədə bəraət almasına etiraz edirlər.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, "Müsəlman Qardaşları"nın keçirdiyi aksiya dağıdılıb.

Qarşıdurmalar zamanı 2 nəfərin öldüyü deyilir.

Hosni Mubarak 2011-ci ildə 239-a yaxın nümayişçinin öldürülməsində və korrupsiyada suçlanıb. O bəraət alsa da, başqa korrupsiya cinayətinə görə 3 il həbsxanada qalacaq.

86 yaşlı Mubarak ona qarşı ittihamları rədd edir.

Bu arada Mubarakın tərəfdarları da onun bəraət almasını bayram edir.

XS
SM
MD
LG