Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Avropa Ukrayna separatçılarının «qara siyahısı»nı genişlətdi


Ukrayna və Aİ bayraqları
Ukrayna və Aİ bayraqları

-

Avropa İttifaqı (Aİ) qondarma Donetsk və Luqansk xalq respublikalarının 13 nümayəndə və beş təşkilatına sanksiya tətbiq edib.

Sanksiyalar onların Ukrayna böhranında roluna, Ukraynanın bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərinə görə qoyulub.

Noyabrın 29-da Aİ-nin rəsmi jurnalında yayılan siyahıda hər iki qondarma respublikanın deputatlarının, müdafiə, təhsil və səhiyyə nazirlərinin adları qeyd olunub. Onların Aİ ərazisinə girişi qadağan olunub, Avropa banklarındakı hesablarına isə həbs qoyulur.

Ukraynanın şərqindəki separatçılara qarşı sanksiyaların genişləndirildiyi noyabrın 27-dən bəlli idi. Ancaq sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc olunandan sonra qüvvəyə minir.

Aİ Krımın ilhaqından sonra Rusiya vətəndaşları və təşkilatları, eləcə də Ukrayna separatçılarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

«Qara siyahı»ya rusiyalı deputatlar da daxil olmaqla 123 nəfər və 28 şirkət daxildir.

XS
SM
MD
LG