Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Ferqyusonda etirazların ikinci gecəsində 44 adam tutulub


ABŞ-ın Ferqyuson şəhərciyində etirazların ikinci gecəsində 44 adam tutulub. Bir polis maşını dağıdılıb.

ABŞ-ın digər şəhərlərində də etirazlar keçirilir.

Etirazlara səbəb noyabrın 24-də andlılar məhkəməsinin qara dərili yerniyetməni öldürən polis zabitinə bəraət verməsidir.

Bununla belə, Ferqyusonda vəziyyət birinci gecə ilə müqayisədə daha sakitdir. Bura 2200 hərbçi də gətirilib.

Nyu Yorkda minlərlə adam yürüş keçirib, Los Ancelesdə belə yürüşə yüzlərlə adam çıxıb.

Nümayişlər Vaşinqton, Minneapolis, Portland, Oregon şəhərlərində də keçirilib.

XS
SM
MD
LG