Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:07

İranın nüvə proqramı ilə bağlı Vyanada yeni danışıqlar başlanıb


Vyanada 6 superdövlət və İran noyabrın 24-də yeni danışıqlara başlayıblar.

Nəticə əldə etmək üçün qoyulan vaxt noyabrın 24-ü gecə bitir.

Danışıqlara yaxın mənbə bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışlıqlar çox güman ki,nəticəsiz bitəcək və gələn ay yenidən başlanacaq.

Qərb diplomatının sözlərinə görə, “həftəsonu əldə olunmuş irəliləyiş ekspertlərin və danışıq komandalarının iştirakı ilə daha geniş tərkibdə toplanmasını tələb edəcək”.

Gələn ayki danışıqlar Omanda keçirilə bilər.

XS
SM
MD
LG