Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:53

Türkiyənin Naxçıvandakı baş konsulu dəyişdirilib


-

Noyabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin yeni Baş konsulu Nihat Erşen-i qəbul edib.

Vasif Talıbov görüşdə Naxçıvanın Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün əhəmiyyətini çatdırıb. O, Naxçıvanın dünyaya tanıdılmasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Naxçıvanda çalışmaqdan məmnun qaldığını bildirən Nihat Erşen ikitərəfli münasibətlərin inkişaf etdirilməsində əlindən gələni edəcəyini deyib.

Nihat Erşen-den öncə bu vəzifəni Ali Rza Akıncı icra edirdi. O, ötən ilin oktyabrında bu vəzifəyə təyin olunmuşdu.

XS
SM
MD
LG