Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

Aşqabadda MDB hökumət başçıları Şurasının iclası keçirilir


Noybarın 21-də Aşqabadda MDB hökumət başçıları şurasının iclası keçirilir.

APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata götə, iclasda iqtisadi münasibətlərin inkişafı və Azad Ticarət Zonası haqqında sazişin tətbiqi ilə bağlı məsələlər müzakirə olunur.

İclasda çıxış edən MDB-nin icraçı katibi Sergey Lebedev bildirib ki, növbəti toplantı gələn il mayın 29-da Astanada keçiriləcək.

Tədbirdə Azərbaycanı baş nazirin I müavini Yaqub Eyyubov təmsil edir.

Azad Ticarət Zonasına Azərbaycan və Türkmənistan istisna olmaqla 8 ölkə daxildir. Tacikistan müvafiq müqaviləni imzalasa da, sənəd hələ ratifikasiya olunmayıb.

XS
SM
MD
LG