Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

EİU:"Biznesə ən yaxşı yer Sinqapurdur"


Sinqapur 7-ci ildir ki, dalbadal dünyada biznesə ən yaxşı yer hesab olunur. Bunu Economist İntelligence Unit bildirir.

82 ölkəni əhatə edən siyahıda ikinci yerdə İsveçrədir. ABŞ 7-cidir.

82 ölkə arasında biznesə ən pis yer Liviyadır.

Ekspertlər deyiblər ki, Çin, Rusiya, Braziliya, Hindistan kimi ölkələrin bazarları böyükdür, ancaq burda iş görmək çətindir.

Sinqaopurun birinci yerdə olması burdakı effektiv, açıq iqtisadiyyatla, şirkətlərə mənfəət vergisinin 17 faizlik aşağı səviyyəsi ilə və korrupsiyanın çox az olması ilə izah olunur.

Dünya Bankının Doing Biznes hesabatına görə, Sinqapurda biznes açmağa 2,5 gün, işıq çəkdirməyə 31 gün, xaricdən bir konteyner mal gətirtməyə 4 gün vaxt lazımdır.

XS
SM
MD
LG