Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:46

Rusiya və Çin müdafiə nazirləri rəngli inqilablardan qorunmağı müzakirə edir


Çinin və Rusiyanın müdafiə nazirləri rəngli inqilablardan qorunmaq məsələsini müzakirə ediblər. Bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov deyib.

Onun sözlərinə görə Shoigu və Vanguan o cümlədən rəngli inqilab təhlükəsindən danışıblar.

Honq Konqda demokratiya uğrunda nümayişlərə toxunan müdafiə nazirləri etiraf ediblər ki, heç bir ölkənin rəngli inqilbadan qorunmağa immuniteti yoxdur.

Antonov deyib ki,rəngli inqilab Qərb, o cümlədən Amerika siyasi strateglərinineksperimentidir.

Antonovun fikrincə, Ukraynada rəngli inqilab oldu və Ukraynanı çətinliyə və sınaqlara saldı.

XS
SM
MD
LG