Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:37

Ukrayna Putini öldürmək planı hazırlamaqda ittiham etdiyi Osmayevi azad etdi


Ukrayna Putini öldürmək cəhdində ittiham olunan Rusiya vətəndaşını azad etdi.

Noyabrın 18-də Odessa məhkəməsi Adam Osmayevi həbsdə yatdığı müddətə - 2 il 9 aya həbsə məhkum etdi və bundan sonra onu azad buraxdı. Osmayev partlayıcı maddə saxlamaqda, özəl əmlakı dağıtmaqda və saxtakarlıqda günahkar bilinmişdi.

MəhkəməOsmayevə qarşı olan əsas ittihamı - Putini öldürmək cəhdi ittihamını keçən ayləğv etmişdi.

Milliyyətcə çeçen olan Osmayev 2012-ci ilin fevralında həbs olunub. Onun tərəfdaşı olan Qazaxıstan vətəndaşı İlya Pyanzin Odessada əldəqayırma bomba partlayşında yaralanandan və partlayışda 3-cü şəxs öləndən sonra

Osmayev və Pyanzin həbs olundu. Onlar Putini öldürmək planı hazırlamqda ittiham olunurdu.

Pyanzin Rusiyaya verildi və o, 10 il həbsə məhkum olundu.

Osmayevin Rusiyaya verilməsi isə Avropa İnsan Haqları məhkəməsinin qərarı ilə dayandırılmışdı.

XS
SM
MD
LG