-
Regionda səfərdə olan ATƏTin səfiri Andrzej Kasprzyk (Anjey Kasparjik) Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb. AzadlıqRadiosu erməni xidmətinin xəbərinə əsasən, qondarma qurumun müdafiə naziri Movses Akopian Kasprzyk-lə noyabrın 12-də vurulan verolyotun heyət üzvlərinin taleyi haqda danışıblar. Akopian ümud edir ki, ATƏT pilotların aiqbətini aydınlaşdırmaq üçün əlindən gələni edəcək.
Noyabrın 12-də Ağdamın Kəngərli kəndi yaxınlığında vurulan Mi-24 hərbi vertolyotu neytral ərazidə yerə düşüb. Onun heyət üzvlərinin həlak olduğu ehtimal edilir. Azərbaycan vertolyotun Azərbaycan mövqelərini hücum etdiyini bildirir, ermənilər isə vertolyotun silahsız olduğunu iddia edirlər.