Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

Bakıda parkomat nəzarətçiləri ləğv ediləcək


Foto: Arxiv
Foto: Arxiv

-

Bir müddət sonra artıq Bakıda parkomat nəzarətçiləri olmayacaq.

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib:

«Sürücülər 2015-ci ilin əvvəlindən etibarən müvəqqəti ödənişli duracaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər. Bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq. Ona görə də artıq nəzarətçilərin işinə heç bir ehtiyac olmayacaq... Sadəcə, nəzarətçi onun üçün lazım idi ki, bir müddət insanlara parkomatlardan istfadə qaydalarını öyrətsin. Yəni bu, müvəqqəti xarakter daşıyır. Ola bilər ki, 1 il, hətta 6-7 aydan sonra nəzarətçilərə ümumiyyətlə, ehtiyac qalmasın».

Bununla yanaşı, H.Abdullayev qeyd edib ki, söhbət işçilərin hamısından getmir:

«Əlbəttə ki, nəzarətçilər də olmalıdır. Onlarsız da keçinmək olmaz».

XS
SM
MD
LG