Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:04

İsveç hökuməti xarici sualtı qayığın ölkə sularına girdiyini təsdiqləyir


İsveçin baş naziri təsdiqləyir ki,oktyabr ayında İsveş sularına sualtı qayıq doğrudan da daxil olub. Ancaq bu sualtı qayığın hansı ölkəyə məxsus olmasını müəyyənləşdirə bilməyiblər. Baş nazir Stefan Lofven xəbərdarlıq edib ki,İsveç sularına qanunsuz girənlər bunun nəhəng riskini anlamalıdırlar.

Oktyabrın 17-də İsveç mətbuatı sulatı qayığın İsveç sularına girdiyini yazmışdı, ancaq hərbçilərin axtarışı heç bir nəticə vermədi. Media həmin Rusiya sualtı qayığından yazırdı, ancaq Rusiya bunu inkar edir.

Rusiya Hollandiya sualtı qayığının həmin vaxt İsveç sularında olduğunu bildirirdi. Ancaq bu iddianı da Hollandiya inkar edir.

XS
SM
MD
LG