Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Müdafiə naziri helikopteri vuranı mükafatlandırdı


Mi-24
Mi-24

-

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu xidməti vəzifəsini yerinə yetirərkən sayıqlıq və igidlik göstərdiyinə və Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, Ermənistan silahlı qüvvələrinin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə, vurulan helikopterdə olan 3 hərbi qulluqçu ölüb.

Noybarın 12-də Ağdam regionunda, cəbhə xəttində yaxınlığında Ermənistan silhalı qüvvələrinin helikopteri vurulub.

XS
SM
MD
LG